Tolik: "Aygün Kazımova alt paltarını da müzakirəyə çıxarır"
ŞOU-BİZNES
08:25 01.07.2011
2309
Bunu prodüser Tolik Day.Az saytına müsahibəsində bildirib. «Kim nə istəyir danışır. Türkiyədən olan hansısa model çıxıb deyir ki, «mən Güneli görmək istəmirəm». Axı sən kimsən?! Əvvəlcə soruş gör səni görmək istəyən varmı?», - deyə Tolik şou-biznesdəki qalmaqallara etirazını bildirib.
«Hamı solo konsertdən danışır. Amma heç kim başa düşmür ki, Azərbaycanda estrada ifaçıları arasında solo konsertə heç olmasa 5 min insanı yalnız Röya Nəcəfova və Üzeyir Mehdizadə yığa bilər. Mən müğənnilərimizi sevir və onlara hörmət edirəm. Amma inanın ki, adını çəkdiyim 2 nəfərdən başqa heç kimi solo konsertinə bu qədər adam toplaya bilməz. Faiq Ağayev artıq bir neçə ildir Sarayda konsert verə bilmir. Elton Heydər Əliyev Sarayında konsert verib. Amma əminəm ki, o, konsertin bütün biletlərinin satıldığını deməz», - deyə prodüser qeyd edib.
Tolik Azərbaycanda müğənnilərin toy qiymətləri haqda da danışıb. O, toya ən baha gedən müğənninin Röya olduğunu söyləyib: «Aysel Teymurzadə vaxtilə yarım saatına 20 min dollar təklif olunsa da, toya getməkdən imtina edirdi. İndi isə o, ucuz qiymətə bunu edir. Toya ən baha gedənsə Röyadır. O, yarım saata 5 min, bütün toya görə isə 20 min manat qonorar alır».