Aparıcı, prodüser Tarix Əliyev növbəti paylaşımı ilə gündəmə gəlib.
AZXEBER.COM xəbər verir ki, o Xalq artisti Aygün Kazımovanın yeni klipindən paylaşım edib.
Tolik, ad çəkmədən sənətçilərə söz atıb:
"Neçə gündür bu klipin çıxmasını gözləyirdim. Çünki cücələrə sözüm var. Sənətində, sözündə özünə arxayın ulduzlar layihələrini edərkən ona-buna söz atım, onlar da mənə cavab versinlər və mən partladım düşünmürlər. Çünki yerlərindən o qədər rahatdırlar ki, milçəklərin vızıltısını hiss etmirlər...
Klipdə Aygün xanımın "Mən olan yer səhnədir" sözü düz 13 il bundan öncə Nadir Qafarzadənin ad günündə dediyi sözdür ki, bu günə qədər aktualdır. Cücələrə buradan səslənirəm. Uğurlu layihə istəyirsizsə, bax, beləcə sakit şəkildə özünüz olaraq gündəm edin. Böyük ulduzlara atdığınız xırda daşlar onların saraylarının hasarından keçməz".
Aysel