Toğrul Nərimanbəyov iyulun 3-də dəfn olunacaq

Toğrul Nərimanbəyov iyulun 3-də dəfn olunacaq
Bütün Xəbərlər
12:35 29.06.2013
1257
Parisdə vəfat etmiş SSRİ və Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun dəfn mərasimi iyulun 3-də keçiriləcək.Bu barədə APA-ya məlumat verən Toğrul Nərimanbəyovun həyat yoldaşı Sevil Nərimanbəyova bildirilib ki, xalq rəssamı həmin gün yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə saat 18:30-da) Parisin Passi məzarlığında torpağa tapşırılacaq. Artıq bununla bağlı Paris merindən müvafiq icazə alınıb.Xatırladaq ki, Passi məzarlığının əsası 1820-ci ildə qoyulub, bu məzarlıq Parisin mərkəzində, Sena çayının sağ sahilində, Yelisey meydanında yerləşir. Burada tanınmış siyasətçilər, mədəniyyət xadimləri, o cümlədən tanınmış rəssam Eduard Mane, rəssam Bert Morissoo, bəstəkar Klod Debüssi, bəstəkar Qabrile Fore, İran şahının qızı Leyla Pəhləvi və digərləri dəfn olunublar.
OXŞAR XƏBƏRLƏR