Sosial mediada "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalanın həbsindən sonra onun həyat yoldaşı, sosial media fenomeni Çağla Öz də saxlanılıb.
AZXEBER.COM xəbər verir ki, Türkiyənin "AHaber"i televiziyasının müxbiri Mustafa Kadir Mercanın məlumatına görə, istintaq çərçivəsində Tançalanın həyat yoldaşı Çağla Öz da saxlanılıb.
Qeyd edək ki, Çağla Öz toyundan sonra 1.5 milyon izləyicisi olan sosial media hesabını da bağlayıb.
Çağla Özün "Instagram" hesabına daxil olmaq istəyənlər "İstifadəçi tapılmadı" bildirişi ilə qarşılaşıblar. Onun "Instagram" hesabı hazırda giriş üçün qapalı görünür.












































