xari

Toyda inanılmaz hadisə: Gəlininin keçmiş sevgilisi gəldi və ... - VİDEO

MARAQLI
11:26 30.03.2021
2005
Malayziyada yayımlanan bir toy videosu bütün dünyanı şoka salıb. Gəlin keçmiş sevgilisini son dəfə qucaqlamaq üçün qonaqların qarşısında bəydən icazə istəyib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, TikTok sosial paylaşma platformasında paylaşılan və qısa müddətdə rekord qıran video beynəlxalq ictimaiyyətin diqqətini çəkib. Bir toyda çəkilən görüntülərdə gəlin və bəy qonaqları salamlayarkən koronavirus səbəbilə maska taxan bir adam səhnəyə çıxıb.

Bu vaxt gəlin bəyə üz tutub və bu şəxsin onun keçmiş sevgilisi olduğunu söyləyərək son dəfə qucaqlaşmaq üçün icazə istəyib. Gəlini qonaqlar qarşısında qıra bilməyən bəy buna razı olub. Bu qucaqlaşmadan sonra bəy gəlinin keçmiş sevgilisi ilə də görüşüb. Daha sonra o də gəlinin keçmiş sevgilisini qucaqlayıb.

Video paylaşıldığı gündən bəri 2,5 milyondan çox insan tərəfindən izlənilib və sosial mediada geniş müzakirələrə səbəb olub. 
 
Həmin videonu təqdim edirik:
 
Aydın Nuri