Toyda oynadığı yerdə qəfil öldü: Qaxdakı faciəli hadisənin təfərrüatı

Toyda oynadığı yerdə qəfil öldü: Qaxdakı faciəli hadisənin təfərrüatı
SOSİAL
13:29 31.08.2022
432
Ötən gün Qaxda toy mərasimində bədbəxt hadisə baş verib. Qax şəhər sakini 1968-ci il təvəllüdlü Vəfa Loğman qızı Məmmədovanın qəfildən halı pisləşib və dünyasını dəyişib.

AZXEBER.COM xəbər verir ki, Oxu.Az hadisə ilə bağlı bir sıra təfərrüatları öyrənib.

Rayon İcra Hakimiyyətindən bildirilib ki, V.Məmmədova ürəktutmasından dünyasını dəyişib:

"Xanım qəfildən, rəqs edən zaman ürəktutmasından dünyasını dəyişib. Hadisə iş yoldaşının övladının toyunda baş verib. Qadındır, kişi deyil ki, içkidən nəsə olsun. Qax şəhər T.İsmayılov adına 5 nömrəli tam orta məktəbdə müəllim işləyirdi. Hadisə saat 8-9 radələrində baş verib. Yüzlərlə insanın gözünün qarşısında olub. Bu gün dəfn edəcəklər”.

Qax şəhər T.İsmayılov adına 5 nömrəli tam orta məktəbin nümayəndəsi isə V.Məmmədovanın sənətinə vurğun biri olduğunu qeyd edib:

"Zəhmətkeş, əzmkar xarakterli idi. Azərbaycan dili və ədəbiyyat müəllimi idi. Bu məktəbdə 1991-ci ildən fəaliyyət göstərib. Əvvəl ixtisası rus dilində olub, sonradan dəyişib. Müəllim üçün ən gözəl nə varsa, Vəfa müəlliməyə aid idi. O, kursda da dərs deyirdi. Hadisə kursdakı iş yoldaşının toyunda baş verib. Üç uşağı var. İki qız, bir oğlan. Bir qızı bu il magistratura şöbəsinə qəbul olub, kiçik qızı bu il orta məktəbi bitirib, oğlu universitetdə təhsil alır. Kiçiyinin nəticəsini görə bilmədi. Ailəsi haqda çox danışan biri olmayıb”.

Məktəb nümayəndəsi onun onkoloji xəstə olduğunu da söyləyib:

"O, onkoloji xəstə idi. Biz ona həsəd aparırdıq. Heç vaxt xəstəliyi özünə yaxın buraxmırdı. 9 ildir ki, xəstə idi. Döş xərçəngi idi. Onun son vaxtlar güclü təzyiqi olurdu. Canına fikir verən biri deyildi. Bir gün öncə onu gördüm. Üzündə qəribə ifadə var idi. Halı xoşumuza gəlmədi. Axşam əlaqə saxladıq, xeyli danışdıq. Yaxşı olduğunu dedi. Dünən məktəbdə hamı ilə danışıb, gülüb. Hətta bir neçə gün öncə müəllimlərdən birini görüş zamanı tanımayıb. Adını unudub. Xəstəliyi ağırlaşmışdı, gecələr yatmırdı, 15 dəqiqə yatırdı. Bu gün saat 16:00 radələrində dəfn olunacaq. Hələ özümüzə gələ bilmirik. Qəfil oldu”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır