Toylarla bağlı qadağanın aradan qaldırılması xəbərinə RƏSMİ AÇIQLAMA - VİDEO

SOSİAL
10:46 24.09.2020
7794
Azərbaycanda şadlıq sarayları, mərasim zalları və ticarət mərkəzlərinin fəaliyyəti yenidən bərpa olunur. Artıq bununla bağlı yerli icra hakimiyyəti orqanlarına göstəriş verilib.

AZXEBER.COM BAKU.TV-yə istinadən xəbər verir ki, bütün rayonlar üzrə sözügedən obyektlərin işlək sahələri rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən rəsmi qeydiyyata alınır. Yaxın zamanlarda toy və yas mərasimləri ilə bağlı yumşaldılmaların olacağı, eləcə də ticarət mərkəzlərinin müəyyən qaydalarla fəaliyyətə başlayacağı gözlənilir.

Xəbəri eşidən şadlıq sarayları da hazırlıq işlərinə başlayıblar və məclislərin yenidən keçiriləcəyi günü gözləyirlər.

Restoran sahiblərinin sözlərinə görə, sözügedən məsələ ilə bağlı İcra Hakimiyyəti orqanları tərəfindən onlarla əlaqə yaradılıb və restoran haqqında müxtəlif məlumatlar qeydə alınıb.

Dünəndən yayılan bu informasiyanın nə dərəcədə düzgün olduğunu öyrənmək üçün İcra Hakimiyyəti orqanları ilə əlaqə yaratmağa çalışdıq.

İcra orqanlarından verilən məlumata görə isə, toyların fəaliyyəti ilə bağlı dəqiq qərar yoxdur, sadəcə restoran və digər qapalı müəssisələrdə monitorinq keçirmişik.

Restoran sahiblər toy ilə bağlı icradan onlarla əlaqə saxlandığını deyir, icra orqanları isə belə bir məlumatın yanlış olduğunu bildirirlər.

Operativ qərargah isə toyların fəaliyyətinin bərpası ilə bağlı yeni qərarın olmadığını bildirir. Restoranlara zəng edib bu məlumatları icra adından kimlərin götürdüyü də sual altında qalır. Ya zəng edən icra orqanının işçisi deyil, ya da ki, toyların fəaliyyəti bərpa olunacaq xəbəri doğrudur, bizə sürpriz edəcəklər.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:56 30.10.2020

Düşmənin növbəti “Osa” ZRK-sı məhv edilib - VİDEO

22:39 30.10.2020

Baş prokuror Kamran Əliyev “Haber Global”da ermənilərin mülki əhalimizə qarşı cinayətlərindən danışıb - VİDEO

22:20 30.10.2020

Kamran Əliyev: “Ermənilərin bizim mülki əhaliyə hücumları Ordumuzun uğurları ilə əlaqədardır”

22:18 30.10.2020

İzmirdə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 438-ə çatıb

21:54 30.10.2020

Hikmət Hacıyev: "Dualarımız qardaş Türkiyə ilə birlikdədir"

21:48 30.10.2020

Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

21:36 30.10.2020

Baş Prokuror: “Azərbaycan hökuməti mülki şəxslər arasında itkilərin olmaması üçün əlindən gələni edir”

21:27 30.10.2020

Cəbrayıldan yeni - Fotolar

21:19 30.10.2020

Mehriban Əliyeva: “Türkiyə xalqının kədəri bizim kədərimizdir”

20:59 30.10.2020

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

20:51 30.10.2020

Koronavirusa yoluxan Koçaryanın Moskva səfəri alınmadı

20:46 30.10.2020

Azərbaycan Prezidenti Məsud Yılmazın vəfatı ilə bağlı başsağlığı verib

20:27 30.10.2020

Ermənilər Tərtərin kəndinə “Smerç” raketi atıb

20:22 30.10.2020

Azərbaycan Ordusu düşməni dəqiq zərbələrlə məhv edib - VİDEO

20:18 30.10.2020

İlham Əliyev: "Zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılması üçün hər cür yardım göstərməyə hazırıq"

20:02 30.10.2020

Anar Eyvazov: "Cəbhənin bütün istiqamətlərində vəziyyət nəzarətimiz altındadır"