TQDK-dan abituriyentlərə çağırış

GƏNCLİK
17:35 27.06.2011
1828

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 3-də ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, bu imtahanda iştirak üçün ərizə vermiş abituriyentlər iyunun 27-dən etibarən Komissiyanın internet saytından imtahana buraxılış vərəqəsi çap edib götürməlidirlər. 

I ixtisas qrupunun abituriyentləri isə buraxılış vərəqələrini növbəti həftədən çap edə biləcəklər. II və IV ixtisas qrupları üzrə sənəd vermiş abituriyentlərin buraxılış vərəqəsini alacaqları vaxt barədə əlavə məlumat veriləcək.

 

OXŞAR XƏBƏRLƏR