Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta ümumtəhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənnlərin sayının artılacağı haqda informasiya agentliklərində yayılan məlumatları təkzib edib. Bu barədə TQDK-nın mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, son günlər bəzi kütləvi informasiya vasitələri tərəfindən buraxılış imtahanı keçiriləcək fənnlərin sayının artırılacağı ilə bağlı yanlış məlumatlar yayılıb.