ABŞ Prezidenti Donald Tramp zərurət yaranacağı təqdirdə ölkəsinin İrana qarşı hərbi zərbələri bərpa etməyə hazır olduğunu bildirib.
Tramp bu barədə "Reuters" agentliyinə müsahibəsində danışıb.
"Biz istədiyimiz istənilən vaxt İrana zərbə endirməyə hazırıq”, – ABŞ Prezidenti vurğulayıb.
Tramp, həmçinin Qətər və Səudiyyə Ərəbistanının İranla münaqişənin diplomatik yolla həllində maraqlı olduğunu qeyd edib.
Onun sözlərinə görə, Ağ Evdə görüşdüyü Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani münaqişənin sülh yolu ilə nizamlanmasına üstünlük verdiklərini bildirib.
ABŞ Prezidenti Səudiyyə Ərəbistanının da oxşar mövqedən çıxış etdiyini əlavə edib.
///apa.az











































