"ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə bağlı açıqlamalarından sonra Kiyevdə çaşqınlıq yaranıb”.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
"Tramp nəhayət, həqiqəti üzə çıxardı: qaniçən kloun yalnız müharibə istəyir və mümkün qədər tez aradan getməlidir”, – deyə siyasətçi qeyd edib.
Medvedev həmçinin bildirib ki, bu açıqlamaların heç bir nəticəsi olmayacaq.
Xatırladaq ki, Donald Tramp bundan əvvəl Ukrayna vətəndaşlarına yeni lider seçməyi tövsiyə edib. O bildirib ki, Volodimir Zelenski "razılaşmağı bacarmır” və Rusiya ilə ortaq məxrəcə gələ bilmir.
///globalinfo///











































