Trampa İranla bağlı xəbərdarlıq: Müharibə illərlə davam edə bilər

Trampa İranla bağlı xəbərdarlıq: Müharibə illərlə davam edə bilər
DÜNYA
11:35 10.09.2026
121

"Wall Street Journal" qəzeti ABŞ Prezidenti Donald Trampın yüksək səviyyəli müşavirlərinin onu İranla müharibənin illərlə davam edə biləcəyi barədə xəbərdar etdiyini yazıb.


AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, əzetin yüksək vəzifəli rəsmilərə istinadən yaydığı xəbərə görə, Oval Ofisdə və Vəziyyət Otağında keçirilən görüşlərdə ABŞ-ın vitse-prezidenti JD Vens, dövlət katibi Marko Rubio və digər yüksək səviyyəli rəsmilər Tramp ilə Tehranın müqavimətini nə qədər davam etdirə biləcəyi məsələsini müzakirə ediblər.


Həmin görüşlər zamanı yüksək səviyyəli müşavirlər Trampı hərbi qarşıdurmanın illərlə davam edə biləcəyi barədə xəbərdar ediblər.


Bundan əlavə, mənbələr ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Yaxın Şərqdəki bəzi hava hücumundan müdafiə bölmələrinin bölgədəki xidmət müddətini qeyri-müəyyən müddətə uzatmağı planlaşdırdığını iddia edib.

 

Gülay

OXŞAR XƏBƏRLƏR