ABŞ prezidenti Donald Trampın Nyu-Yorkdakı 58 mərtəbəli "Tramp Tower” adlı binasında yanğın çıxıb.
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın binanın ən üst mərtəbəsindən başlayıb.
Hadisə zamanı 2 nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
Yanğının elektrik xətlərindəki nasazlıqdan çıxdığı ehtimal edilir.
Yanğın qısa zamanda söndürülüb.
