Trampın seçicilərinin 35 faizi aralıq seçkilərdə səs verməyib

Trampın seçicilərinin 35 faizi aralıq seçkilərdə səs verməyib
DÜNYA
12:09 17.11.2026
85
ABŞ Prezidenti Donald Trampa 2024-cü il prezident seçkilərində səs verən seçicilərin 35 faizinin noyabrın 3-də keçirilən aralıq seçkilərdə iştirak etmədiyi məlum olub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ictimai rəy sorğuları keçirən "J.L. Partners” şirkəti aralıq seçkilərlə bağlı hesabat yayımlayıb.

Hesabatda universitet təhsili olmayan şəxslərin, kənd yerlərində yaşayanların və pensiyaçıların seçkilərdə aşağı iştirak səviyyəsinin Respublikaçıların məğlubiyyətində həlledici rol oynadığı bildirilib.

Seçki günü 1000 qeydə alınmış seçici və kampaniya müddətində 30 mindən çox şəxslə aparılan müsahibələr əsasında hazırlanan hesabatda Trampın 2024-cü il seçicilərinin 35 faizinin aralıq seçkilərdə səs vermədiyi müəyyən edilib.

Məlumata görə, Trampın seçiciləri arasında universitet təhsili olmayanların 46 faizi, kənd yerlərində yaşayanların 39 faizi, 65 yaşdan yuxarı şəxslərin isə 44 faizi səsverməyə qatılmayıb.

Hesabatda Demokratların aralıq seçkilərdə əldə etdiyi səs artımının təxminən 70 faizinin seçicilərin partiya dəyişməsindən deyil, səsvermədə iştirak səviyyəsindəki fərqdən qaynaqlandığı qeyd olunub. Seçicilərin ən çox diqqət yetirdiyi məsələlərin isə yaşayış xərcləri və iqtisadi vəziyyət olduğu bildirilib.

"J.L. Partners” şirkətinin təsisçi direktoru Ceyms Conson hesabatla bağlı açıqlamasında bildirib ki, heç bir seçici siyasi mövqeyini dəyişməsəydi belə, Respublikaçılar Senat və Nümayəndələr Palatasındakı çoxluğu itirəcəkdilər.
 
Gülay
OXŞAR XƏBƏRLƏR