TRT-nin yeni Bakı nümayəndəsi təyin olundu

TRT-nin yeni Bakı nümayəndəsi təyin olundu
MEDİA
11:00 07.12.2013
1183

TRT-nin yeni Bakı nümayəndəsi Emrah Timuçin Yazıcı təyin edilib.

AZXEBER.COM xəbər verir ki, Emrah Timuçin Yazıcı iki ildir TRT- Bakı Təmsilçiliyində müxbir olaraq fəaliyyət göstərir.İki il müddətində ölkəmizin bölgələrində çəkilişlər aparan Emrah Timuçin Yazıcı bir çox xəbərlər və proqramlar hazırlayıb.O, özünü vətənindəki kimi hiss etdiyini deyib:“Mən özümü xarici ölkədəki kimi hiss etmirəm. Azərbaycan mənim iki vətənimdən biridir. Türkiyə və Azərbaycan arasında media sahəsində mövcud olan əlaqələrin inkişaf edərək daha da yüksələcəyinə əminəm”.Ailəli və bir övlad sahibi olan Emrah Timuçin Yazıcının qızı bu il Bakıda dünyaya gəlib.Xatırladaq ki, bundan öncə TRT-nin yeni Bakı nümayəndəsi Yüksel Değercan idi. O, hazırda TRT Xarici Əlaqələr şöbəsində sədr müavini olaraq fəaliyyətə başlayıb.

OXŞAR XƏBƏRLƏR