"Bu görüşdən sonra Rusiya və Ukrayna arasında sülh müqaviləsi bağlanması ehtimalı azdır"

"Bu görüşdən sonra Rusiya və Ukrayna arasında sülh müqaviləsi bağlanması ehtimalı azdır"
SİYASƏT
15:09 14.08.2025
233
Xəbər verdiyimiz kimi, avqustun 15-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskada görüş keçiriləcək.

Siyasi şərhçi Mübariz Göyüşlü AZXEBER.COM-a açıqlamasında görüş haqda gözləntilərini açıqlayıb. 
 
Şərhçinin sözlərinə görə, bu görüş əsasən Rusiya-Ukrayna müharibəsi və ümumilikdə ABŞ və Rusiyanın təsir dairəsindəki məsələlərə həsr olunacaq. O bildirib ki, görüşdən sonra Rusiya və Ukrayna arasında sülh müqaviləsinin imzalanmasının ehtimalı azdır:

"Rusiya Donetsk və Luqansk bölgələrini tələb edir və digər ağır şərtlərlə çıxış edir. Ukrayna isə bu şərtlərə razılaşmır və haqlı olaraq razılaşmır. Ona görə sülh müqaviləsinin imzalanması çox çətin görünür. Daha çox maraqlı tərəf Rusiyadır və mən Rusiyanın davranışlarını aqresiv kimi qiymətləndirərdim”, – deyə Mübariz Göyüşlü bildirib.

Siyasi şərhçi əlavə edib ki, Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmə ehtimalı da mövcuddur:

"Zelenski üçün belə bir görüş həyati əhəmiyyət kəsb edir, çünki ABŞ-nin dəstəyi Ukrayna üçün çox vacibdir. Əgər Putin sülh mövqeyindən çıxış etməzsə, bu görüşdən sonra Tramp-Zelenski dialoqu ABŞ-nin Ukraynaya dəstəyinin daha da artmasına yönələ bilər”.
 
Oksana Orucova
OXŞAR XƏBƏRLƏR