Tükənmiş Emin Milli və 'nöqtə' qoyulmuş Milli Şura...

Tükənmiş Emin Milli və
Bütün Xəbərlər
18:07 27.05.2013
1821

Hacıbəy HeydərliGənc bloger, siyasətçi, telejurnalist, media eksperti, sosial media bilicisi, şoumen bir sözlə hər şeylə məşğul olub, ortaya bir iş qoya bilməyən Emin Milli yenidən “statusuyla” gündəmə gəlmək eşqinə düşüb.

Hər kəsə bəllidir ki, bu adamların fəaliyyəti yalnız “facebook” sosial şəbəkəsiylə məhdudlaşır və bütün söhbətlərini, davalarını, qırğınlarını hətta aksiyalarını belə internet üzərindən edirlər.

Emin də bir status yazıb və 17 min 500 nəfərdən cəmi 250-si onun statusunu bəyənib. Bu haqda bir qədər sonra...

Eminin “Meydan”ı haqda...

Bir neçə həftə öncə “Meydan TV” yarananda çoxları boş xəyallara dalmışdı. Emin Millinin televiziyasına “qurtuluş” kimi baxanlar var idi.

Ancaq elə televiziyanın ilk verilişlərindən aydın oldu ki, Eminin televiziyası ümumxalq deyil, yalnız məhəlli xarakter daşıyır. Çox keçmədi ki, sosial şəbəkələrdə bu adamlarla bağlı lətifələr yarandı.

Maraqlıdır ki, Emin Milli və dostları da onlarla məzələnən şəxslərə dəstək oldular və həmin şəkilləri paylaşdılar. Şəkillərdə söhbət Eminlə Həbib Müntəzirin verilişdə çox danışmasından və bir-birlərini dinləməməsindən gedirdi.

Bütün günü söz azadlığından danışan bəylər öz 2 saatlıq verilişlərində dinləmək mədəniyyətləri olmadığını hər kəsə göstərə bildi. Beləliklə, Eminin Meydanı gözlənildiyi kimi çox qısa zamanda fiaskoya uğradı və gənc fəalın telejurnalist, televiziya eksperti olmaq xəyalı suya düşdü.

Bundan öncə də bloger kimi tanınan Eminin son illər maraqlı bir bloq yazısını oxuyanlar çıraqla axtarılırdı. Eminin işi yalnız özünü reklam, PR edib, daha sonra isə başqa sahəyə keçməkdən ibarətdir...Milli Şuraya üzvlük...Bayaq da qeyd etdiyim kimi, Emin Millinin bütün fəaliyyəti yalnız “facebook”dan ibarətdir və sosial şəbəkə ilə də məhdudlaşır. Emin bu dəfə səhifəsində yazıb ki, “bu gündən etibarən Milli Şuraya üzv oluram”.

Bəzi ekspertlər və politoloqlar Milli Şuranı Rusiyanın layihəsi adlandırır və düşünürlər ki, qonşu ölkə bu şura vasitəsi ilə Azərbaycan dövlətinə təhdid, təzyiq edəcək.Əslində, Azərbaycan dövlətinə təhdid, təzyiq olan bir şurada Emin Millinin rol alması normal sayıla bilər. Çünki bu adam bu günə qədər hər zaman dövlətimizə qarşı olan layihələrdə, tədbirlərdə yer almaq üçün dəridən-qabıqdan çıxıb.

Hətta bu yaxınlarda Emin ermənilərin təbliğat maşını sayılan “Aqos” qəzetinə də müsahibə vermiş, orada da elə ermənilərin dediyi fikirləri təkrarlamışdı.Emin Milli bir başqa natamamlığı ondan ibarətdir ki, bu adam özü də hara işlədiyini, nə üçün çalışdığını bilmir. Gah “Aqos”la iş birliyində olan, gah Avropaya və Amerikaya sığınan, gah da Rusiyaya yarınmağa çalışan bu adamı ciddi qəbul etmək lazım deyil.

Necə ki, onun Milli Şuraya üzv olmaq barədə statusuna dostları qeyri-ciddi yanaşıb. Məsəl üçün

Eminin məlum statusuna gələn bir neçə şərh:- Bu gün hamı Çempionlar Liqasının finalına baxmalıdır, onun ətrafında birləşməlidir...- Hansı Milli Şura?- Milli şuranı Borrusiya Dortmonda “balet” eləməyə çağırıram- Milli şura. Söz birləşməsinə bax ha, özü də millisindəndir. Ə, vallah niyə ölmürsüze?!Bax belə... Bu hələ Eminin statusuna dostlarının yazdığı bir neçə şərhdir.

Göründüyü kimi, öz dostları belə Emin Millini ciddiyə almır, onunla məzələnir. Hətta Eminin Milli Şuraya üzv olmasını, onun soyadı ilə əlaqələndirənlər də var. Burada paradoks ondan ibarətdir ki, Emin milli olmayan, dövlət əleyhinə olan hər yerdə özünə yer tapmağı bacarır.Ancaq deyəsən bu dəfə Emin Milliyə Milli Şurada da yer olmayacaq. Çünki şuranın təsisçilərindən biri Müsavat başqanı İsa Qəmbərdir. O İsa Qəmbər ki, Emin bir neçə ay bundan öncə onu istefaya və nöqtə qoymağa çağırmışdı. Bu gün isə Emin Müsavat başqanın təsis etdiyi quruma üzv olur.Bu da onun göstəricidir ki, Emin heç bir addımını düşünüb atmır, sadəcə gündəmə gəlmək, reklam olunmaq, avtoritet qazanmaq üçün edir. Əgər Eminin öz siyasəti, öz şəxsi fikri, dəsti-xətti olsaydı bir neçə ay öncə siyasətdən getmək təklif etdiyi insanların əlinin altında birləşməzdi...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb