TUMİB milli mətbuatın 140 illiyi ilə əlaqədar tədbir keçirdi

TUMİB milli mətbuatın 140 illiyi ilə əlaqədar tədbir keçirdi
MEDİA
02:12 22.07.2015
1608

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) tərəfindən TUMİB-in ofisindəmilli mətbuatımızın 140 illiyi münasibəti ilə dəyirmi masa keçirildi.

Tədbirdə TUMİB-in sədri Çingiz Bayramov, “Müvəkkil Hüquq Mərkəzi”nin sədri Səməd Vəkilov, Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova, TUMİB-in İdarə Heyətinin üzvü Cabir Dövlətzadə, “Bilik” Tədris Mərkəzinin rəhbəri Rövşən Əbülhəsənov, 

TUMİB Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadov, hüquqşünas Cavanşir Seyidov, şairə-jurnalist Zərəngiz Mansurova, TUMİB Gənclər Mərkəzinin sədr müavinləri Cəmilə Aslan, Samir Pənaliyev və eləcədə TUMİB-in üzvləri iştirak etdilər. İlk olaraq sözə Çingiz Bayramov başladı və milli mətbuatımızın 140 illiyi münasibəti ilə bütün jurnalistləri və iştirakçıları təbrik etdi. Natiq öz çıxışında bu günlərdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sərancamları ilə jurnalistlərin mükafatlandırılması təqdirə layiq hal olduğunu və dövlətimizin mətbuatımıza olan qayğısının real nümunəsi olduğunu bildirdi. TUMİB-sədri çıxışına davam edərək bildirdi ki, TUMİB-in üzvü – jurnalist Nəcəf Həsənov da mükafata layiq görülənlər sırasındadır. Beləliklə Çingiz Bayramov Azərbaycanjurnalistləri milli mətbuatımızın yarandığı gün münasibətilə təbrik etdi və sözü hüquqşünas Səməd Vəkilova verdi.

Səməd Vəkilov öz çıxışında Azərbaycan publisistikasının hələ tam araşdırılmadığını və informasiya təminatının azadlığı xüsusunda yeni tədbirlərin keçirilməsinin vacib olduğunu qeyd etdi. Daha sonra söz TUMİB-in Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadova verildi. Əli Fərhadov öz çıxışında XIX əsrin 70-ci illərində Həsən bəy Zərdabi tərəfindən ilk azərbaycandilli qəzet olan “Əkinçi”nin nəşr edilməsi, bu sahədə çar hökumətinin və avam insanların ona olan təzyiqləri, “Əkinçi” qəzetinin milli istiqlalımıza gedən yolda oynadığı əhəmiyyətli roldan və funksiyasından bəhs etdi. Dəyirmi masada Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova, TUMİB-in idarə heyətinin üzvü Cabir Dövlətzadə, “Bilik” Tədris Mərkəzinin rəhbəri Rövşən Əbdülhəsənov, TUMİB-in Gənclər Mərkəzinin fəal üzvü Səbinə Novruzzadə və digərləri çıxışlarında Azərbaycanda medianın oynadığı ictimai əhəmiyyətli roldan bəhs etdi.

OXŞAR XƏBƏRLƏR