Tunis Xarici İşlər Nazirliyindən verilən məlumatda, Bin Əliyə qarşı yeni iddialar qaldırıldığı bildirilib. İddialar arasında cinayət və cinayətə təşviqetmə də var.
Tunis hökuməti Bin Əlinin xalq qiyamı zamanı təhlükəsizlik qüvvələrinin nümayişçiləri öldürülməsində rolu olduğunu da iddia edir.
Qeyd edək ki, sabiq prezident daha əvvəl də vəzifəsindən sui istifadə edərək xaricə pul qaçırmaqda günahlandırılmışdı.