Tünzalə Əliyevanın qardaşı vəfat etdi

Tünzalə Əliyevanın qardaşı vəfat etdi
SOSİAL
13:34 05.07.2026
496
 Mərhum Əməkdar artist, Tünzalə Əliyevanın (Toppuş bacı) ailəsinə daha bir itki üz verib.

Aktrisanın qardaşı Elxan Bayramov 58 yaşında Moskvada vəfat edib.

İlkin məlumata görə, onun ölümünə səbəb ürək çatışmazlığı olub.

Mərhum dünən Gəncədəki "İmamzadə” ziyarətgah kompleksində torpağa tapşırılıb. 

O, həmçinin Gəncə Dövlət Milli Dram Teatrının aktrisası Zülfiyyə Əliyeva və Gəncə Dövlət Kukla Teatrının butaforçu rəssamı Təranə Əliyevanın qardaşıdır.

Elxan Bayramov ailəli olub, 3 övladı yadigar qalıb. (qafqazinfo)
OXŞAR XƏBƏRLƏR