"Turan” voleybol klubunun prezidenti Həsən Zeynalov klubda kişi voleybolunun inkişaf etdirilməsi ilə bağlı planların olub-olmamasına aydınlıq gətirib.
AZXEBER.COM xəbər verir ki, o bildirib ki, hazırda klubun kişi voleybolçuları cəlb etmək niyyəti yoxdur:
"Hazırda kişi voleybolçuların kluba cəlb olunması ilə bağlı hər hansı niyyətimiz və ya planımız yoxdur. Bunun səbəbini səmimi şəkildə deyəcəyəm. Ümid edirəm ki, kişi voleybolçular bu fikirlərimdən inciməzlər. Mən qadın və kişi voleybolu arasında böyük fərq görürəm. Kişi voleybolunda fiziki güc daha çox ön plana çıxırsa, qadın voleybolunda kombinasiyalar və oyun quruculuğu mühüm rol oynayır”.
Həsən Zeynalov gələcəkdə bu istiqamətdə qərarın dəyişə biləcəyini də istisna etməyib:
"Biz hazırda qadın voleyboluna üstünlük veririk. Ola bilsin ki, gələcəkdə kişi voleybolu ilə bağlı da müəyyən addımlar ataq. Hər şey mümkündür. Amma bu gün üçün belə bir planımız yoxdur”.
Şahanə Ziyad











































