Türk dünyası ölkələrinin gəncləri Şuşada bir araya gələcək - TƏKLİF!

GƏNCLİK
21:34 19.11.2020
493
"İslahatçı Gənclər” İctimai Birliyi 2021-ci il Türk Dünyası ölkələrinin Gənclər Paytaxtı elan edilməsi üçün Beynəlxalq Kampaniyaya start verib. Bu barədə birliyin sədri Fərid Şahbazlı məlumat verib. Fərid Şahbazlı qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 30 ildir ki, işğal altında olan torpaqlarımızı düşmən taptağından azad etdi: "İşğaldan azad edilən torpaqlarımız arasında yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət beşiyi olan qədim Şuşa da var. 30 ildir ki, qədim mədəniyyət beşiyi Şuşanın torpağı, təbiəti kimi tarixi abidələri, mədəni irsi də işğal altında olub. Hazırda işğal edilmiş digər torpaqlarımız kimi, Şuşada da zəruri infrastrukturun, eyni zamanda tarixi və mədəni irsin bərpası üçün dövlətimiz tərəfindən mühüm addımlar atılmağa başlayıb”.

F.Şahbazlı bildirib ki, Şuşanın işğaldan azad edilməsindən sonra bütün dünyadan olan insanlar, xüsusi ilə də gənclər bu qədim şəhəri ziyarət etmək, onun tarixi irsi ilə tanış olmağa böyük maraq göstərir:

"”İslahatçı Gənclər” İctimai Birliyi olaraq, Şuşanın və onun timsalında Qarabağın tarixi irsini bütün dünyaya tanıtmaq məqsədi ilə xarici ölkələrdəki tərəfdaş təşkilatlarla birlikdə 2021-ci ildə Şuşanın Türk Dünyası ölkələrinin Gənclər Paytaxtı elan edilməsi üçün beynəlxalq kampaniyaya start vermişik.
Bu təşəbbüsə artıq Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikaları gənclərindən və digər türkdilli xalqların fəallarından böyük dəstək gəlməkdədir.

Şuşanın Türk Dünyası ölkələrinin Gənclər Paytaxtı kampaniyası çərçivəsində Türk dünyasından olan gənclərin bu şəhərə səfərləri reallaşdırılacaq, Şuşanın tarixi və mədəni irsi, düşmənin qədim şəhərimizə qarşı törətdiyi vandallıqlarla bağlı konfranslar və müxtəlif tədbirlər keçiriləcəkdir”.

Qeyd olunub ki, yaxın günlərdə kampaniyanın Təşkilat Komitəsi yaradılacaq və bununla bağlı müvafiq dövlət qurumları və beynəlxalq təşkilatlara müraciətlər ediləcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:18 24.11.2020

Sosial şəbəkədə gündəmə çevrilən 20 yaşlı qazimizin anası danışdı - VİDEO

15:15 24.11.2020

Azərbaycanda kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı rəsmi AÇIQLAMA

15:06 24.11.2020

Ermənilərin mənimsədiyi xalçamızla bağlı tarixi yalan ifşa edildi: Bizə məxsus olduğu təsdiqləndi - FOTO

15:06 24.11.2020

Ermənistanda daha bir nazir istefa verdi

15:03 24.11.2020

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

14:38 24.11.2020

Ermənilər Kəlbəcərin girişindəki lövhəni sökdü – FOTO

14:34 24.11.2020

Ermənilər Azərbaycan Ordusundan kömək istədi - ANBAAN VİDEO

14:33 24.11.2020

Məzarında “Qalatasaray” bayrağı qaldırılan şəhid zabitimiz - FOTOLAR

14:07 24.11.2020

Ayağından yaralanan İlqar: "Xəstəxanada 1 həftə ağladım ki, məni yenidən müharibəyə göndərin" - VİDEO

14:02 24.11.2020

Səhiyyə Nazirliyi koronavurisla mübarizə aparan həkimlərə əlavə pul ödəyib

13:44 24.11.2020

Qarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldü - FOTO

13:41 24.11.2020

Erməni əsirliyində olan Bayramın anası müraciət etdi - VİDEO

13:32 24.11.2020

Reza Deqatidən Azərbaycanda molokanlarla bağlı paylaşım - FOTO

13:23 24.11.2020

“Evdə ürəyim sıxılırdı, dedim bir az fırlanım” - COVİD-19 xəstəsi

13:17 24.11.2020

Sabahın hava proqnozu açıqlanıb

13:10 24.11.2020

Çavuşoğlu: “Hüquqlarını qorumaq üçün Azərbaycanın yanında olacağıq”