Türk iş adamları azad edilmiş torpaqlara investisiya yatıracaq

Türk iş adamları azad edilmiş torpaqlara investisiya yatıracaq
İQTİSADİYYAT
11:59 12.11.2020
761

"Qarabağ Azərbaycanın təbiəti, yeraltı, yerüstü sərvətləri ilə zəngin dilbər bir guşəsidir. Uzun illər işğal altında qalan, yeraltı sərvətləri, xüsusilə qızıl yataqları ilə tanınan Kəlbəcər rayonu bu qəbildən olan ərazilərdəndir.

Bu illər ərzində həmin yataqları qanunsuz şəkildə istismar edən, talançılıqla məşğul olan əcnəbi şirkətlər əldə etdikləri haram qazancın bir hissəsini işğalçı dövlətə hədiyyə ediblər, digər hissəsini isə satıblar”. 

Qafqazinfo xəbər verir ki, bunu Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Camal Yanğın ölkələrimiz arasındakı dostluq, qardaşlıq və birgə əməkdaşlıq əlaqələri haqda danışarkən deyib. 

O bildirib ki, dünyanın ədalət qərarı olarsa, həmin şirkətlərin çox böyük bir təzminata məhkum edilməsi lazımdır: 

"Çünki başqasının torpağından bir başqasının icazəsi ilə qızıl çıxarıblar, bu haqqı onlara heç kim verməyib. Ölkələrarası ticarətdə, dünyanın ticarət haqqında qanunlarında, BMT qərarlarında belə icazə yoxdur. Amma təəssüf ki, sıra türk dünyasına gəlincə, dünya susur”. 

ATİB sədri qeyd edib ki, ilkin hesablamalara görə, işğaldan azad edilmiş torpaqların yenidən bərpasına milyardlarla vəsait xərclənməlidir: 

"Bu baxımdan, biz, - qardaş ölkədə fəaliyyət göstərən iş adamları, - bütün dünya türklərini həmin ərazilərə investisiya yatırmağa, iş qurmağa çağırırıq. Amma yatırımın əvəzində pul qazanmağa deyil, oraların abadlaşdırılmasına və həmin bölgələrə köçürüləcək insanların rahat yaşamaları üçün dəstək verməyə hazır olduğumuzu bir daha söyləmək istəyirəm.

Qardaşlığımızı, dostluğumuzu bir daha bütün dünyaya göstərmək üçün bunu etməliyik. Azərbaycan iqtisadiyyatı ilk dəfə deyil ki, belə sınaq qarşısında qalır. Bu gün Azərbaycan iqtisadiyyatı güclüdür.

Hər hansı bir investisiya ilə bağlı, ticarət, ixracat əlaqələrimizdə əngəl, sıxışdırılma yoxdur. Bu dövrdə ölkədə heç bir maliyyə sıxıntısının, bank, ödəmə sahəsində problemlərin olmadığını müşahidə etdik. Mərkəzi Bankın rezervlərində minimum azalma belə görünmür. Sosial, turizm və s. sahələrdə yatırımlar davam edir”. 

Mövzu ilə bağlı fikirlərini açıqlayan iqtisadçı ekspert Fikrət Yusifov qeyd edib ki, işğaldan azad olunmuş rayonlarımızın xüsusi bir iqtisadi zonaya çevrilməsi olduqca vacibdir: 

"Bölgənin sürətli inkişafının təmin olunması, əsasən, oraya xarici və daxili investisiyaların cəlb edilməsindən keçəcək. Xarici investorlar sırasında türk iş adamlarının daha çox olacağı isə tam gözləniləndir.

Həmin ərazilərdə yeni müəssisələrin və ilk növbədə yerli xammal əsasında fəaliyyət göstərəcək emal müəssisələrinin qurulması imkanları kifayət qədər böyükdür. Bu bölgələrdə turizm sektoruna da investisiya yatırmaq istənilən iş adamı üçün maraqlı olacaq.

Hesab edirəm ki, Azərbaycan hökuməti xarici investisiyaların bölgəyə cəlb olunmasını stimullaşdıran xüsusi güzəşt zərfləri işləyib hazırlamalıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi
23:37 14.08.2025
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi