Türk toplumlarının haqq səsi

Türk toplumlarının haqq səsi
KÖŞƏ
12:31 10.08.2012
2262

Pərvanə İbrahimova

Medianın bugünkü həyatımıza təsiri xəbər agentliklərinin işinin daha yaxşı qurulması sayəsində mümkün olur. Dünyanın hər yerində baş verən hadisələrdən vaxtında xəbər tutmaq üçün ən qısa yol beynəlxalq miqyasda şəbəkəyə malik olan xəbər agentlikləridir. İstər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə baş verən hadisələr xəbər agentliklərinin gözü ilə izlənməkdədir. Bu baxımdan türkdilli ölkələrin informasiya agentliklərinin bir təşkilatla birləşməsi, onların xəbərlərinin vahid informasiya məkanından yayımlanması, həmin ölkələrin əlaqələrinin daha da intensivləşməsi, münasibətlərin yaxınlaşması və dərinləşməsi baxımından əhəmiyyətlidir.

Məhz bu amalla 1992-ci ilin noyabrında Anadolu Agentliyi (Türkiyə), AzərTAc (Azərbaycan), Kaztaq - indiki Kazinform (Qazaxıstan), “Kabar” (Qırğızıstan) və TAK (Şimali Kipr) agentliklərinin təsisçiliyi ilə Ankarada Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyi (TKA) yaradıldı. Birliyin təşkilində məqsəd türk dünyası ilə bağlı xəbərlərin birinci əldən, qərəzsiz və obyektiv şəkildə dünyaya çatdırılması işinə kömək etmək, habelə üzv agentliklər arasında əməkdaşlığın qurulması, qarşılıqlı təcrübə mübadiləsi imkanlarının genişləndirilməsi oldu. TKA Baş Məclisinin Ankarada, Aşqabadda, Lefkoşada, o cümlədən 2008-ci ildə Bakıda keçirilən iclasları da qeyd etdiyimiz məqamları həyata keçirmək baxımından əhəmiyyətlidir.

Qeyd etmək yerinə düşər ki, hazırda TKA-nın türkdilli xəbər agentliklərini təmsil edən 10 üzvü var: Anadolu Agentliyi (Türkiyə), AzərTAc (Azərbaycan), “Kabar” (Qırğızıstan), UZA (Özbəkistan), Türkmən dövlət xəbərləri (Türkmənistan), “Başinform” (Başqırdıstan), “Tatar-inform” (Tatarıstan), “Krım xəbərləri” (Krım). Təbii ki, TKA Baş Məclisinin türk cümhuriyyətlərinin hər birinin paytaxtında keçirilən toplantısı mühüm bir hadisəylə yadda qalıb və əlaqələri daha da genişləndirmək baxımdan faydası zaman-zaman hiss olunub. Birliyin Bakıda keçirilən VII iclası bu baxımdan son dərəcə faydalıdır. Türkdilli ölkələr və xalqlar arasında əlaqələrin daha da genişləndirilməsində, türk dünyası ilə bağlı xəbərlərin daha böyük coğrafiyada yayılması istiqamətində rəy və təkliflərin səsləndirildiyi Bakı görüşünün ən böyük əhəmiyyəti Rusiya Federasiyası Tatarıstan və Başqırdıstan Respublikalarının “Tatar-inform” və “Başinform”, Ukraynanın Krım Muxtar Respublikasından “Krım Xəbərləri” agentliklərinin Birliyə üzv qəbul edilməsi, həmin vaxtdan qurumun adının Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyi deyil, Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) adlandırılmasıdır. Eyni zamanda, TKA-nın üzvü olan xəbər agentlikləri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması, Türkdilli ölkələrin və xalqların siyasi-iqtisadi və ictimai-mədəni həyatı barədə xəbərlərin qarşılıqlı surətdə yayılması, üzv agentliklərin ildə iki dəfədən az olmayaraq, “Türk dünyasından xəbərlər” başlığı altında geniş və illüstrasiyalı materiallar hazırlayıb bir-birinə göndərməsi, həmin materialların agentliklərin saytlarında yerləşdirilməsi, üzv agentliklərin işi ilə tanışlıq və təcrübə mübadiləsi məqsədi ilə yaradıcı və texniki işçilərin qarşılıqlı səfərlərinin təşkili də Bakı görüşündə gəlinən nəticə idi.

Eyni soy-kökə, eyni mədəni dəyərlərə, eyni dilə mənsub olan bu xalqlar arasındakı münasibətlər təkcə rəsmi qurumları səviyyəsində deyil, eyni zamanda, bu xalqları, ölkələri təmsil edən müxtəlif qurumlar, ictimai təşkilatlar, mətbuat orqanları, müxtəlif səviyyəli vətəndaş birlikləri arasında da genişlənməkdədir. Türkiyə Mətbuat-Yayım və İnformasiya İdarəsinin baş direktoru Salih Məlikin dediyi kimi: “TKA xəbər agentliklərinin əhəmiyyətini artırmaqla yanaşı, xəbər, informasiya və təhlillərin müəyyən agentliklərin inhisarına keçməsi təhlükəsi də artırır. Məsələn, bir ölkə qonşu ölkə haqqında xəbərləri minlərlə kilometr uzaqda fəaliyyət göstərən bir agentlikdən almaq məcburiyyətində qalır». Nəticədə, məsələyə həm siyasi, həm də mədəni mənada birtərəfli baxış formalaşır ki, bu da çox təhlükəlidir.

Demokratiya ideyası fərdlərin əldə etdikləri məlumatlar çərçivəsində həm özləri, həm cəmiyyət, həm də dövlət üçün etdikləri doğru və düzgün seçimlər nəticəsində həyata keçirilir. Bu məlumatlandırma işini davamlı və geniş miqyasda yerinə yetirən başlıca vasitə isə mediadır. Demokratiyanın həm milli, həm də beynəlxalq səviyyədə formalaşması üçün fərdlərin düzgün məlumatlandırılması vacibdir. Medianın doğru, etibarlı, çoxsəsli və obyektiv olması xəbər agentliklərinin bu xüsusiyyəti daşıması ilə birbaşa əlaqədardır. Digər tərəfdən, cəmiyyətdəki fərdlər kimi, dövlətlərin də düşüncələrinin böyük hissəsinin media, xüsusilə də xəbər agentliklərinin təqdim etdikləri informasiyaya görə formalaşması təbiidir. Dövlətlərin yeritdikləri siyasətin uğurlu olması üçün əldə etdikləri məlumatların da düzgün olmasının əhəmiyyəti böyükdür.

Türk toplumları bəşər tarixində ən böyük hadisələrin altına imza atan böyük bir millətin yetirmələridir. Amma tarixin tərs gedişatı böyük bir milləti pərən-pərən edib, bir-birindən ayrı salıb, şər güclər müxtəlif zamanlarda ayrı-ayrı türk qövmlərinə faciələr yaşadıblar. Amma bu gün tarixin millətlərin öz haqqını bərpa etmə və ədalətə qovuşma dövrüdür. Bu şərəfli işdə hər kəs öz zəhmətini və bacarığını əsirgəməməlidir. Türkdilli ölkələrin informasiya agentliklərinin fəaliyyətində daha çox diqqət çəkən və ən önəmli məqam Türk Dünyası inteqrasiyası istiqamətində görülən işlərdir. Dünyanın siyasi burulğanında məhv olmamağın ən düzgün yolu yaxın mədəniyyətlərin və eyni tarixi keçmişi bölüşən xalqların inteqrasiyasıdır ki, TKA vasitəsilə bütövlükdə müstəqil dövlətə sahib olan və muxtariyyət halında yaşayan türk toplumlarının haqq səsi daha bütöv şəkildə dünyaya çatdırılmış oldu. Bu gün düşmənlərimizin anti-türk təbliğat maşınına qarşı vahid və güclü bir informasiya sistemi fəaliyyət göstərir. TKA-nın yaradılması bəlli məqsədə çatmaq yolunda çox böyük iş olsa da, türk toplumlarının daha güclü informasiya şəbəkəsinin formalaşması istiqamətində səmərəli addımlar atılmalıdır. Türkdilli xalqların bugünkü həyatı, bu ölkələrdə baş verən ictimai-siyasi proseslər, mədəni-iqtisadi hadisələr haqqında yetərli qədər ətraflı məlumatlar almaq üçün türkdilli xəbər agentlikləri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması təşəbbüsü fikrimizcə, daha faydalı olardı.

Qeyd etdiyimiz xəbər agentlikləri işlərini daha səmərəli qurmaq, vahid informasiya şəbəkəsində yayımlanmaq üçün https://www.tkaonline.org/ saytı vasitəsilə hər gün müxtəlif səpgili informasiyaları ictimaiyyətə təqdim edir. TKA-nın veb-saytının fəaliyyətə başlaması ortaq tarixi, mədəniyyəti, dili, oxşar adət-ənənələri olan xalqlarımız, ölkələrimiz arasında əlaqələrin, əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi üçün çox böyük imkanlar yaradır. Xalqların bir-birini daha yaxından tanımaq, ən başlıcası isə özümüzü dünyaya daha geniş tanıtmaq və ölkələrimiz haqqında həqiqətləri yaymaq üçün bu imkandan layiqincə istifadə etməliyik. Bütün bunların isə yolu yenə də birlikdən, sıx əməkdaşlıqdan keçir…

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub