Türkiyə boğazlarından Qara dənizə keçən gəmilərə məhdudiyyət qoyulub?

Türkiyə boğazlarından Qara dənizə keçən gəmilərə məhdudiyyət qoyulub?
DÜNYA
05:14 10.08.2026
204
Hazırda Türkiyə boğazlarından Qara dənizə keçən gəmilərin hərəkətinə heç bir məhdudiyyət tətbiq edilmir.

Bu barədə "Reuters" Türkiyənin rəsmi şəxslərinə istinadən məlumat yayıb.

"Keçid Montrö Konvensiyasına uyğun olaraq sərbəstdir", - deyə agentlik bildirib.

Qeyd edək ki, daha əvvəl "Bloomberg" Türkiyə hökumətinin regionda Rusiya və Ukraynanın gəmilərə hücumlarının artmasından narahat olması fonunda kommersiya gəmilərinin Qara dənizə keçidini məhdudlaşdırdığını yazmışdı.
OXŞAR XƏBƏRLƏR