Türkiyə mediası Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsindən yazır - FOTO

SİYASƏT
15:07 20.09.2020
432

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsi Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmaqdadır.

AZƏRTAC xəbər verir ki, Anadolu agentliyinin dərc etdiyi "Prezident Əliyev: Türkiyə ilə birgə təlimlərimiz Yerevanı qorxudur” sərlövhəsi ilə yayılan informasiya müxtəlif başlıqlarla sürətlə qardaş ölkə mediasında yayılıb. Türkdilli oxuculara məlumat verilir ki, Prezidenti İlham Əliyev yerli televiziyalara müsahibəsində Azərbaycan və Türkiyənin liderliyi ilə həyata keçirilən beynəlxalq iqtisadi layihələrin əhəmiyyətini, iki qardaş ölkənin bir-birini tam şəkildə dəstəkləməsini yüksək dəyərləndirib və münasibətlərimizin daha da genişlənəcəyini ifadə edib. Regiondakı vəziyyətdən danışan Prezident İlham Əliyev, təcavüzkar Ermənistanın avantürist siyasətinə qarşı kəskin ifadələr səsləndirib.

Diqqətə çatdırılır ki, Ermənistanın Sevr müqaviləsini canlandırmaq istəyini sərt şəkildə qınayan Azərbaycanın dövlət başçısı deyib ki, ağlı başında olan hər bir tarixçi, siyasətçi qətiyyən buna imkan verməz. Çünki onların sonu olacaq. İndi sən burada səfalət içində, özü də özünə aid olmayan yerlərdə dövlət qurmuş balaca bir ölkə Türkiyə boyda ölkəyə qarşı necə iddia qaldıra bilərsən, necə ittiham edə bilərsən. Sən heç olmasa öz potensialına və Türkiyənin potensialına bax. Amma onların Azərbaycana və Türkiyəyə, bizim xalqımıza olan nifrəti, o irrasional düşüncəni, necə deyərlər, təhlükəli məcraya istiqamətləndirir. Bizim Türkiyə ilə sıx əlaqələrimiz bundan sonra da inkişaf edəcək. Bütün məsələlərdə bir yerdəyik, hər bir məsələdə bir-birimizin yanındayıq.

Məlumatlarla Anadolu agentliyi, TRT HABER, TGRT, HABER TÜRK, A HABER, NTV televiziya kanalları, "Hürriyet”, "Milliyet”, "Sabah”, "Takvim” və digər çoxtirajlı qəzetlərin saytlarında tanış olmaq mümkündür.

İnformasiyalar Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan və Türkiyə hərbçilərinin, silahlı qüvvələrimizin ortaq təlimlərinə dair fotolarla təqdim olunub.






OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:51 30.10.2020

Cenevrə görüşü mətbuata qapalı olacaq

13:49 30.10.2020

Erməni terroru nəticəsində valideynsiz qalan körpələrin səsi - VİDEO

13:26 30.10.2020

Daha dörd rayonda 22 fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verildi - FOTO

13:10 30.10.2020

Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb

13:09 30.10.2020

Fransa yenidən sərt karantin rejiminə qayıdır

12:59 30.10.2020

Separatçı rejimin “rəhbəri”nin yalvarışına erməni kişilərdən “hay” gəlmədi: Qadınları qabağa verdilər - FOTO

12:55 30.10.2020

Pandemiyanın daha tez başa çatacağı ölkə açıqlanıb

12:40 30.10.2020

Türkiyənin baş naziri olmuş tanınmış siyasətçi vəfat etdi

12:39 30.10.2020

Bir Zeynal şəhid oldu, digər Zeynal doğuldu - VİDEOREPORTAJ

12:13 30.10.2020

Vətən Müharibəsinin ilk qadın şəhidinin anası: “Dedi, mənə bir şey olsa, uşaqlarım sənə əmanət” - VİDEO

12:01 30.10.2020

Qubadlı ərazisi Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - RƏSMİ

11:52 30.10.2020

Uşaq bağçalarının fəaliyyətinin dayandırılması nə vaxta qədər davam edəcək? - RƏSMİ

11:45 30.10.2020

Tədris ilinin müddətinin azaldılması nəzərdə tutulur? - RƏSMİ

11:41 30.10.2020

AŞPA komitəsinin sədri: “Bərdə şəhərinə edilən hücumlar faciədir”

11:35 30.10.2020

Təhsil naziri müəllimlərin “WhatsApp”da dərs keçməsindən danışdı

11:33 30.10.2020

Hikmət Hacıyev: “Danışıqlar prosesi o zaman uğurlu olar ki, normal danışıqlar apara biləcəyiniz tərəf olsun”