Türkiyə mətbuatı Azərbaycanın ərazi bütövlüyünü pozdu - Foto

Türkiyə mətbuatı Azərbaycanın ərazi bütövlüyünü pozdu - Foto
MEDİA
15:10 18.10.2013
1678

Türkiyənin “Hürriyet.com” saytında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan səhv buraxılıb.

AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, qardaş ölkənin xəbər saytına daxil olub, orada qeydiyyatdan keçmək üçün xüsusi bolk açılır.

Seçim imkanı verilən ölkələrin sırasında qondarma Dağlıq Qarabağ Respublikasının da adı var.Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi araşdırmalara başlayıb. XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev sayta açıqlamasında bununla bağlı Azərbaycanın Türkiyədəki səfirliyinə təlimat göndəriləcəyini bildirib.“Artıq biz təlimat hazırlamışıq. Bu gün Türkiyədəki səfirliyimizə təlimat göndəriləcək. Araşdırmalardan sonra, saytın səhv etdiyini, yaxud başqa səbəbdən belə qeyd olunduğunu biləcəyik”, - deyə Elman Abdullayev bildirib.

OXŞAR XƏBƏRLƏR