Türkiyə mətbuatında Sevinc Babayevanın ölümü ilə bağlı xəbərlər yayılmağa başlayıb.
AZXEBER.COM-un Türkiyənin “Habertürk” saytına istinadən verdiyi xəbərə görə, “Hürriyət” qəzeti Sevinc Babayevanın “Esenyurd”da bir evdə qaldığını və gecə saatlarında özünü pis hiss edərək “Esenyurd Dövlət Xəstəxanası”na aparıldığı qeyd edib.
Hazırda Türkiyədə olan jurnalistlər xəstəxanadan daha ətraflı məlumat əldə etmək üçün xəstəxanaya üz tutublar.
Türkiyənin digər xəbər agentliyi isə Sevinc Babayevanın üzərində saxta türk kimliyi ilə yanaşı, öz pasprtunun da olduğunu qeyd edib.
Bununla yanaşı Sevinc Babayevanın üzərində zorakılıq əlamətlərinin aşkarlanmadığı da bildirilib.