"Bloomberg" yazır ki, məsələ ilə tanış rəsmilərin məlumatına görə, bu Türkiyə hökümətində Qara dənizdə Rusiya və Ukraynaya məxsus və ya onlarla əlaqəli gəmilərə qarşı hücumların artması ilə bağlı narahatlıqla bağlıdır.
Məlumata görə, Dəniz Təhlükəsizliyi Baş İdarəsi Rusiyanın əsas neft və taxıl ixrac mərkəzlərindən biri olan Novorossiysk limanına gedən bir neçə gəmiyə hazırda boğazlardan keçid üçün icazələrin verilmədiyini bildirib. Bəzi müraciətlərə isə əlavə baxılması üçün daha çox vaxt tələb olunur.
Beləliklə, Türkiyənin Dardanel boğazından Qara dənizə kommersiya gəmiçiliyinə nəzarəti sərtləşdirdiyi bildirilir.
Məhdudiyyətlərin nə qədər davam edəcəyi və bütün kommersiya gəmilərinə, yoxsa yalnız müəyyən istiqamətlərə şamil olunacağı barədə rəsmi açıqlama verilməyib.
//apa











































