Türkiyə Super Liqasında mövsüm ölən futbolçunun adını daşıyacaq

İDMAN
18:43 18.01.2022
222
Türkiyə Futbol Federasiyası Super Liqada 2021-2022 mövsümünə "Konyaspor”un avtomobil qəzasında həlak olan futbolçusu Ahmet Çalıkın adı verilib.

Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Federasiyadan bildirilib ki, əvvəlki illərdə Türkiyə futboluna unudulmaz töhfələr vermiş futbolçuların və keçmiş milli futbolçuların xatirəsinə oynanılan Spor Toto Super Liqasının oyunları 2019-2020 mövsümündən etibarən ləğv edilib.

Mövsümün adlandırılması ləğv edilsə də, yalnız bu mövsüm üçün keçən həftənin çərşənbə axşamı yol qəzası nəticəsində həlak olan Ahmet Çalıkın xatirəsinə liqanın qalan həftələrinin Spor Toto Super Liqada 2021-2022 Ahmet Çalık Mövsümü olaraq oynanacağına qərar verilib.

OXŞAR XƏBƏRLƏR