Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar

Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
SİYASƏT
16:07 06.07.2026
375
Türkiyənin F-35 proqramına qayıtması ehtimalı beynəlxalq gündəmin diqqət mərkəzindədir.

Məlumat üçün bildirək ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığı üçün ABŞ tərəfindən F-35 proqramından çıxarılıb və qırıcıların tədarükü dayandırılıb.

Son günlər isə Donald Trampın Türkiyənin F-35 əldə etməsi ilə bağlı məsələnin yenidən nəzərdən keçirildiyini bildirməsi bu mövzunu yenidən gündəmə gətirib.

Bəs ABŞ-ın mövqeyində mümkün dəyişiklik nədən qaynaqlanır və Türkiyənin F-35 proqramına qayıtması nə dərəcədə real görünür?

Mövzu ilə bağlı AZXEBER.COM-a Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general  Yücek Karauz bildirib ki, Trampın bu qərarının müxtəlif səbəbləri ola bilər:

"Birinci səbəb Türkiyənin geostrateji çəkisinin artmasıdır. İkinci səbəb Trampın xarici siyasət yanaşmasıdır. Tramp administrasiyası münasibətləri ideoloji yaxınlıqdan daha çox qarşılıqlı fayda və konkret razılaşmalar əsasında qurmağa meyllidir. Üçüncü səbəb isə Türkiyənin müdafiə sənayesində əldə etdiyi yüksəlişdir. Ankara artıq yalnız ABŞ silahlarının alıcısı deyil. Pilotsuz sistemlər, raketlər, radarlar, döyüş gəmiləri və KAAN milli döyüş təyyarəsi ilə alternativ imkanlar formalaşdırır. Son məlumatlara görə, KAAN üçün istifadə oluna biləcək ABŞ istehsalı F110 mühərriklərinin Türkiyəyə satışı istiqamətində də proses gedir. Bu məsələ F-35 danışıqlarından hüquqi baxımdan ayrı olsa da, siyasi baxımdan münasibətlərdəki ümumi yumşalmanın göstəricisidir".


Yücel Karauz qeyd edib ki, hazırkı vəziyyətdə qərarın artıq verildiyini söyləmək tezdir:

"ABŞ-ın Türkiyənin F-35 proqramına qayıtmasına yenidən 'yaşıl işıq' yandırması ehtimalı təkcə silah satışı məsələsi deyil. Bu, daha geniş geosiyasi sövdələşmənin, yəni S-400 probleminin həlli, CAATSA sanksiyalarının yumşaldılması, Türkiyənin NATO daxilində rolunun gücləndirilməsi və ABŞ-Türkiyə münasibətlərinin strateji əsasda yenidən qurulmasının bir hissəsi ola bilər. Hazırkı vəziyyətdə isə qərarın verildiyini demək tezdir. Donald Tramp administrasiyasından müsbət siyasi siqnallar gəlsə də, ABŞ Konqresində Türkiyənin F-35 proqramına qayıtmasına qarşı ikipartiyalı müqavimət qalır. Hüquqi və siyasi maneənin mərkəzində isə S-400 məsələsi dayanır".

Politoloq hesab edir ki, bu qərar reallaşarsa, Türkiyə-ABŞ münasibətlərində struktur xarakterli dönüş baş verə bilər:

"2019-cu ildən sonra yaranmış etimadsızlıq mərhələsi tədricən başa çata və münasibətlər yenidən strateji tərəfdaşlıq modelinə yaxınlaşa bilər. Hərbi baxımdan Türkiyənin F-35 əldə etməsi onun hava qüvvələrinin transformasiyasını sürətləndirər. Regional səviyyədə isə bu qərar Şərqi Aralıq dənizi və Egey hövzəsində hava qüvvələri balansına təsir göstərəcək. Yunanıstan və İsrail bu prosesi diqqətlə izləyəcək. Moskva baxımından isə bu, Türkiyənin Qərbin müdafiə ekosisteminə daha sıx bağlanması kimi qiymətləndirilə bilər. Buna görə də Rusiya S-400 məsələsində mümkün hər hansı formulun öz siyasi və kommersiya maraqlarına təsirini ayrıca qiymətləndirəcək".
 
Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
18:32 06.07.2026
Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
HAMAS Qəzzada idarəetmə orqanını ləğv etdi
18:22 06.07.2026
HAMAS Qəzzada idarəetmə orqanını ləğv etdi
Ukrayna Omskda Neft Emalı Zavoduna dron hücumu etdi
18:09 06.07.2026
Ukrayna Omskda Neft Emalı Zavoduna dron hücumu etdi
Azərbaycanlı abituriyentlər üçün böyük fürsət: İstanbulun mərkəzində bir dünya universiteti tələbə qəbuluna başladı
17:58 06.07.2026
Azərbaycanlı abituriyentlər üçün böyük fürsət: İstanbulun mərkəzində bir dünya universiteti tələbə qəbuluna başladı
Dənizdə boğulanların statistikası niyə yoxdur? – Qurumlar məsuliyyəti bir-birinə ötürür
17:57 06.07.2026
Dənizdə boğulanların statistikası niyə yoxdur? – Qurumlar məsuliyyəti bir-birinə ötürür
Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı
17:47 06.07.2026
Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı
Yayda dərinizi günəş ləkələrindən belə qoruyun - 4 vacib qayda
17:36 06.07.2026
Yayda dərinizi günəş ləkələrindən belə qoruyun - 4 vacib qayda
Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər
17:34 06.07.2026
Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
17:28 06.07.2026
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
17:10 06.07.2026
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
17:09 06.07.2026
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
17:03 06.07.2026
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
16:37 06.07.2026
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
16:23 06.07.2026
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
16:07 06.07.2026
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir
15:39 06.07.2026
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir