Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır

Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
DÜNYA
13:20 23.06.2026
265
Türkiyədə hava temperaturunun yaxın günlərdə daha da yüksələcəyi proqnozlaşdırılır. Meteoroloqlar xüsusilə ölkənin qərb və daxili bölgələrində isti hava dalğasının təsirini gücləndirəcəyini bildirirlər.

AZXEBER.COM Türkiyə mətbuatın aistinadən xəbər verir ki, bu həftə Mərmərə, Qərbi Qara dəniz və Mərkəzi Anadolu bölgələrində temperaturun daha 2-3 dərəcə artacağı gözlənilir. İstanbul və Ankarada havanın əsasən 30 dərəcə ətrafında dəyişəcəyi gözlənilir.

İzmir və Aydın kimi şəhərlərdə isə vəziyyət daha ciddi olacaq. Proqnozlara əsasən, İzmirdə kölgədə temperaturun 34, Aydında isə 36 dərəcə olacağı gözlənilir. Lakin birbaşa günəş şüaları altında hiss olunan temperaturun 45 dərəcəyə qədər yüksələ biləcəyi bildirilir.

Mütəxəssislərin sözlərinə görə, Egey bölgəsində havanın temperaturu 36-39 dərəcəyə qədər yüksələ bilər. Cənub-Şərqi Anadoluda isə ötən il qeydə alınan 50 dərəcəyə yaxın ekstremal istilərin yenidən müşahidə olunması istisna edilmir.

Həkimlər uşaqlara və xroniki xəstəlikləri olan şəxslərə günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağı, bol maye qəbul etməyi və birbaşa günəş şüalarından qorunmağı tövsiyə edirlər.
 
Aysel
OXŞAR XƏBƏRLƏR