Türkiyədə futbolçular arasında kütləvi dava düşdü – VİDEO

DÜNYA
19:53 23.01.2022
355
Türkiyədə futbolçular arasında kütləvi dava düşüb.

Hadisə İstanbulda meydana gəlib.

Şəhərin Həvəskarlar Super Liqasındakı insident zamanı tərəfdarların döyüşə qarışması ilə futubol sahəsi döyüş meydanına çevrilib. 

Çevik polis dəstəsi hadisəyə müdaxilə edərək davaya son qoyub.

Meydanda və meydandan kənarda baş verən hadisələrdə dörd futbolçu yaralanaraq xəstəxanaya yerləşdirilib. Zədəli futbolçulardan birinin vəziyyətinin ağır olduğu öyrənilib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

OXŞAR XƏBƏRLƏR