Türkiyədə gəmi batdı - 58 nəfər öldü

DÜNYA
16:29 06.09.2012
2252
Türkiyədə içi qaçaqla dolu olan gəmi batıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hadisə İzmir sahillərində baş verib.
Gəminin batması nəticəsində 58 nəfərin öldüyü, çox sayda insanın isə yaralandığı bildirilir. Ölənlərdən çoxunun qadın və uşaqdır. Onların çoxu hadisə baş verən zaman gəminin bağlı hissəsində olublar.İzmir Valisinin vəkili Ardahan Totukun sözlərinə görə, qəza nəticəsində suya düşən 45 nəfər xilas edilib. Onların çoxunun iraqlı,suriyalı və fələstinli olduğu bildirilir. Onların arasında gəmi kapitanı və onun köməkçisidə olub. Artıq onların hər ikisi polis tərəfindən saxlanılıb.Məlumata görə, gəmidəkilər qaçaq yollarla Avropaya qaçmaq istəyiblər. Lakin onların içərisində olduğu balaıqçı gəmisi qayalıqlara çırpılaraq batıb.

OXŞAR XƏBƏRLƏR