Türkiyədə koronavirusdan sağalanların sayı 217 min nəfəri ötüb

DÜNYA
22:51 03.08.2020
679
Türkiyədə son 24 saat ərzində daha 19 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 747 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 995 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 233 851 nəfərə çatıb.
 
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 217 497 nəfər təşkil edir.

OXŞAR XƏBƏRLƏR

X Mostbet