Türkiyədə mikroavtobus su kanalına aşıb - 15 nəfər xəsarət alıb

Türkiyədə mikroavtobus su kanalına aşıb - 15 nəfər xəsarət alıb
DÜNYA
22:25 06.09.2026
73
Türkiyənin Şanlıurfa vilayətində mikroavtobus su kanalına aşıb.

Bu barədə "TRT Haber" məlumat yayıb.

İlkin məlumata görə, qəza nəticəsində 15 nəfər xəsarət alıb.

Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım və jandarm əməkdaşları cəlb olunub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

/report.az
OXŞAR XƏBƏRLƏR