Türkiyədə Tarkana görə rusların saytı bağlandı

DÜNYA
00:20 05.06.2012
2619

Rusiyada “Facebook”dan daha çox izlənilən “Vkontakte” saytı, iki həftə əvvəl Türkiyədə məhkəmə qərarı ilə bağlanılıb.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunun səbəbini araşdıran Rusiyanın “Vedomosti” qəzeti, saytın məşhur pop ulduzu Tarkanın “Adımı Kalbine Yaz” mahnısına görə qadağa qoyulduğunu qeyd edib.

Türkiyənin “Vatan” qəzetinin verdiyi məlumata görə isə, “Vkontakte.ru” saytında bu mahnıya çəkilən klipin 513 üzvün səhifəsində olduğu müəyyən olunub.

Qeyd edək ki, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Moldovada kimi ölkələrdə geniş şəkildə istifadə edilən 290 milyon istifadəçiyə sahib “Vkontakte” saytı “Facebook”un klonu hesab edilir.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR