Türkiyədə terrorçuluqda şübhəli bilinən 16 nəfər tutulub

Türkiyədə terrorçuluqda şübhəli bilinən 16 nəfər tutulub
DÜNYA
11:41 22.09.2016
1089
İstanbulun 5 rayonunda terrorçu İŞİD qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində 16 şübhəli tutulub.
 
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat eyni vaxtda 20 ünvanda keçirilib. Təhlükəsizlik idarəsinə onların İstanbulda terror törədəcəyi haqda məlumat daxil olduqdan sonar əməliyyat aparılıb.
 
Axtarış aparılan ünvanlardan qruplaşamaya dair sənəd və ədəbiyyatlar aşkar edilib götürülüb. Şübhəlilərdən bəzilərinin Suriyada döyüş bölgələrində olduğu da təsbit edilib.
OXŞAR XƏBƏRLƏR