Türkiyədə yaşayan azərbaycanlı vəkil öldü

Türkiyədə yaşayan azərbaycanlı vəkil öldü
Bütün Xəbərlər
17:59 02.02.2012
1424
Türkiyədə yaşayan azərbaycanlı vəkil düşdüyü qəza nəticəsində vəfat edib. ANS PRESS-in türk mətbutaına istinadla verdiyi məlumata görə, 25 yaşlı Emin Muradov Antaliyada nişanlısı 25 yaşlı Irmak Ecem Özpoladın anası Xədicə Özpolatın ad günü mərasimindən qayıdarkən qəzaya uğrayıb. Onun idarə etdiyi avtomobil beton işıq dirəyinə çırpılıb. Qəza nəticəsində avtomobildə E.Muradovdan başqa nişanlısı, onun 15 yaşlı qardaşı Fırat Kamil Özpolat və sürücünün yaxın qohumu olan 34 yaşlı Rövşən Zərbəliyevdə olub. Sürücünün həyatını xilas etmək mümkün olmasa da, onun sərnişinləri xəstəxanaya çatdırılıblar. İlkin məlumata görə, qəzanın səbəbi diqqətsizlik və sürət həddinin çox olması olub. Qəza nəticəsində avtomobil tamamilə yararsız hala düşüb. Yaralıları çıxarmaq üçün xilasedicilər səfərbər olublar. Avtomobilin tavanı kəsildikdən sonra yaralıları çıxarmaq mümkün olub.
OXŞAR XƏBƏRLƏR