Türkiyəli gənclər 'İslahatçı Gənclər'in dəvəti ilə Bakıya gəlir

GƏNCLİK
01:05 06.09.2013
1593

“İslahatçı Gənclər” İctimai Birliyinin dəvəti ilə 9-16 sentyabr tarixlərindəİstanbul Türk Ocağı Gənclik Qolları Başqanı Barış Onur Sarqın və qurumun Türk dünyası üzrə kordinatoru Almıla Maraş Bakıda rəsmi səfərdə olacaq.

Bu barədə məlumat verən birliyin sədri Fərid Şahbazlının sözlərinə görə, İstanbul Türk Ocağı Gənclik Qolları “İslahatçı Gənclər”in Türkiyədəki əsas tərəfdaşlarındandır: “Səfər çərçivəsində Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanı və türk şəhidlərinin məzarları ziyarət olunacaq. Daha sonra bir sıra dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, QHT və media təmsilçiləri ilə görüşlər nəzərdə tutulub. Bundan başqa qonaqlarımızı Bakı ilə tanış edəcəyik, şübhə yoxdur ki, ölkəmizin belə sürətli inkişafı onları da sevindirəcək”.

Qeyd edək ki, Türk Ocaqları 1912-ci ildən etibarən Türkiyənin 65 şəhərində fəaliyyət göstərir. Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəklikləri Türkiyədə və başqa türkdilli ölkələrdə təbliğ edən nüfuzlu ideoloji təşkilatlardandır. 2013-cü ildə İstanbulda “İslahatçı Gənclər” İctimai Birliyi və İstanbul Türk Ocağı Gənclik Qolları ilə birgə “Xocalı Ədalət” həftəsi keçirilib. Həftədə Türkiyə və Azərbaycandan millət vəkilləri, türkiyəli alimlər, nüfuzlu jurnalistlər iştirak edib və həftəlik Türkiyə KİV-lərində geniş işıqlandırılıb.

OXŞAR XƏBƏRLƏR