Türkiyəli jurnalistlər Azərbaycana gəliblər

Türkiyəli jurnalistlər Azərbaycana gəliblər
DÜNYA
09:16 26.02.2013
1284

Azərbaycan Mətbuat Şurasının və Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) həyata keçirdiyi proqram çərçivəsində türkiyəli jurnalistlərin Azərbaycana səfəri başlayır.AZXEBER.COM-un məlumatına görə, Xocalı soyqırımı qurbanlarının anım tədbirləri ilə əlaqədar 25-27 fevral tarixlərində ölkəmizdə olacaq qonaqlar bu gün Quba rayonundakı tarixi kütləvi məzarlığı ziyarət ediblər.Türkiyəli həmkarlarımız həmçinin Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevlə də görüşüblər.Qeyd edək ki, türkiyəli jurnalistlər fevralın 26-da Xocalı faciəsi ilə bağlı ucaldılmış abidəni ziyarət edəcəklər, həmin gün saat 12:00-da Mətbuat Şurasında Xocalı faciəsinə həsr olunacaq dəyirmi masaya qatılacaqlar.Saat 15:00-da isə qonaqların baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşü nəzərdə tutulub.Türkiyəli media təmsilçilərinin fevralın 27-nə nəzərdə tutulan səfər proqramına Xocalıdan olan qaçqınlarla görüş daxildir.Onu da deyək ki, Türkiyədən gələn nümayəndə heyətinin tərkibinə TRT-nin ərəb bölməsinin müdiri Faysal Ata, FOX TV-nin xəbər müdiri Ercan Gün, “Bu gun” qəzetinin xarici xəbərlər şöbəsinin müdiri Əmrah Kamil Ülkər, “Kanaltürk” telekanalının xəbər müdiri Ərkan Akkus, “Todays Zaman” qəzetinin baş redaktorunun müavini Cəlil Sağır, “Samanyoluxəbər”in baş redaktoru Enes Engin Sağ, “Zaman” qəzetinin baş redaktorunun müavini Veysəl Ayxan, qəzet yazarı Məhməd Gündəm, Media PR-ı Agentliyinin koordinatoru Xəlil Soylu daxildir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir