Ədalət və İnkişaf Partiyasını İğdır təşkilatının konfransında iştirak edən Avropa Birliyi naziri və baş müzakirəçi Egemen Bağış buradan Ermənistana mesaj göndərib.
AZXEBER.COM-un trtazerbaycan-a istinadən verdiyi xəbərə görə, Bağış bildirib ki, Ermənistanın xilası Türkiyəyə iftira atmaqda deyil, Türkiyə ilə barışmaqda, ticarət həyata keçirməkdədir.: "Bakıda keçiriləcək "Eurovision"dan çəkilmək Ermənistan üçün bir məharət deyil. Əsas məsələ "Eurovision"dan çəkilmək deyil, Qarabağdan, işğal etdiyin torpaqlardan çəkilməkdir".