Türkiyənin baş naziri: 'Bir-birinin yerində gözü olanlar öz iş yoldaşları haqqında xəbərçilik edir'

Türkiyənin baş naziri:
DÜNYA
17:52 23.09.2016
1432
"Adını, ünvanını, kimliyini gizlədənlər həm zərər verir, həm də bürokratik aparatı məşğul edirlər".
 
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım cümə namazından çıxarkən Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı mübarizədən danışarkən bildirib. "Bir-birinin yerində gözü olanlar, kimliklərini gizlədərək öz iş yoldaşları haqqında xəbərçilik edir, işə zərər vururlar. Adını, ünvanını, kimliyini gizlədənlərin xəbərlərinin diqqətə alınmaması barədə sərəncam verəcəyik.
 
FETÖ bəlası da başımıza belə gəldi. Ciddi dəlil-sübuta, fakta, məlumata dayanan xəbərləri dəyərləndirəcəyik", - deyə baş nazir vurğulayıb.
OXŞAR XƏBƏRLƏR