Türkiyənin baş naziri prezident İlham Əliyevi təbrik edib
Bütün Xəbərlər
20:27 18.10.2011
1205
Oktyabrın 18-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. AZXEBER.COM-un Azərtac-a istinadən xəbər verir ki, Türkiyənin Baş naziri dövlətimizin başçısına Dövlət Müstəqilliyi günü münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın rifahı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyənin Baş nazirinə minnətdarlığını bildirib.