Türkiyənin “Kanal D” televiziyasında yayımlanan “Küçük Ağa” serialında Başak obrazını canlandıran aktirasa əslən azərbaycanlı Nəsrin Cavadzadədir.
AZXEBER.COM xəbər verir ki, Nəsrin Cavadzadə 1982-ci ildə Bakıda dünyaya gəlib. 11 yaşında Türkiyəyə gələn N.Cavadzadə Marmara Universitetinin “Sinema və Televiziya” fakültəsini bitirib. Jurnalistika fəaliyyəti ilə məşğul olmaqdan imtina edən aktrisa, universiteti bitirdikdən sonra müxtəlif seriallarda çəkilməyə başlayıb.
Nəsrinin ilk serial təcrübəsi 2007-ci ildə “Yersiz Yurtsuz” layihəsiilə başlayıb. Daha sonra gənc aktrisa “Samanyolu”, “Al Yazmalım” və “Ağır Roman” kimi seriallarda müxtəlif obrazları canlandırıb.
Nəsrin Cavadzadəni həm Türkiyə tamaşaçılarına, həm də Azərbaycan tamaşaçılarına sevdirən isə “Kanal D” televiziyasında yayımlanan “Küçük Ağa” serialında canlandırdığı Başak obrazıdır.
AZXEBER.COM portalı olaraq gənc aktrisanın fotolarını təqdim edirik:








