Türkiyənin naziri: “Şirkətlərimiz Qarabağın bərpasında fəal iştirak etmək istəyir” - FOTO

Türkiyənin naziri: “Şirkətlərimiz Qarabağın bərpasında fəal iştirak etmək istəyir” - FOTO
İQTİSADİYYAT
17:25 31.05.2021
575
"Türkiyə-Azərbaycan arasında ikitərəfli ticarətdə hədəf iki ölkə prezidentlərinin müəyyənləşdirdiyi 15 milyard dollarlıq ticarət həcminə çatmaqdır”.

"TRT Avaz” xəbər verir ki, bunu Türkiyənin Ticarət naziri Mehmet Muş Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) tərəfindən təşkil edilən və onlayn keçirilən "Türkiyə-Azərbaycan İnvestisiya Forumu”nda deyib.

O, 2020-ci ildə Azərbaycanla ikitərəfli ticarət həcminin yeni növ koronavirus epidemiyasına baxmayaraq əvvəlki ilə nisbətən beş faiz artaraq 4,6 milyard dollara çatmasına diqqət çəkib.

Muş qeyd edib ki, Türkiyənin Azərbaycandakı investisiyaları 12 milyard dolara, Azərbaycanın Türkiyədəki birbaşa investisiyaları isə 19,5 milyard dolara çatıb.

İndiyə qədər 15 milyard dollardan çox və 450-yə yaxın layihənin həyata keçirildiyi Azərbaycanda şirkətlər sərmayəçi olaraq da yerləşməyə davam edirlər:

"Bu çərçivədə şirkətlərimiz və sektorumuz (podratçı) Azərbaycanın azad edilmiş ərazilərində və Qarabağın yenidən qurulmasında əməkdaşlıqlarını və səylərini daha da artırmaq və bu prosesdə fəal iştirak etmək istəyirlər.

Tamamilə əminik ki, Azərbaycan hökumətinin Türkiyə şirkətlərinə göstərdiyi lütf, xüsusilə Qarabağın yenidənqurma işləri çərçivəsində davam edəcək”.

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov birlikdə atılacaq addımların iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm rol oynayacağını bildirib:

"Məqsədimiz qarşılıqlı ticarət həcmini artırmaq və prezidentlərimizin bizə verdiyi hədəfləri reallaşdırmaqdır. Azərbaycanlı iş adamları və şirkətlər Türkiyəyə nə qədər çox, türk şirkətləri və iş adamları isə Azərbaycana nə qədər çox investisiya qoyarsa, bu, iqtisadi əlaqələrimizə müsbət təsir göstərəcək”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayden xərçəng xəstəliyindən müalicəsinin gedişatını açıqlayıb
09:25 09.11.2026
Bayden xərçəng xəstəliyindən müalicəsinin gedişatını açıqlayıb
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
09:17 09.11.2026
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
09:07 09.11.2026
Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
Kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı
08:58 09.11.2026
Kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
08:44 09.11.2026
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
08:36 09.11.2026
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb
08:30 09.11.2026
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
08:24 09.11.2026
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
08:17 09.11.2026
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib
08:03 09.11.2026
Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
07:54 09.11.2026
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir
07:00 09.11.2026
Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
06:48 09.11.2026
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
"Barselona" "Atletiko Madrid"i geridönüşlə məğlub etdi
06:36 09.11.2026
"Barselona" "Atletiko Madrid"i geridönüşlə məğlub etdi
“38 körpünü bir saata dağıda bilərik” - Tramp İranı hədələdi
06:23 09.11.2026
“38 körpünü bir saata dağıda bilərik” - Tramp İranı hədələdi
Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub
06:13 09.11.2026
Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub