Türkiyənin tanınmış aparıcısı saxlanıldı

Türkiyənin tanınmış aparıcısı saxlanıldı
DÜNYA
22:47 04.08.2026
893
İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində jurnalist Tahir Sarıkayanın saxlanıldığı bildirilir.

AZXEBER.COM Türkiyə mətbuatına istinaədn bildirir ki,  Sarıkaya İstanbul İl Jandarma Komandanlığının Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (KOM) bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb. Onun saxlanılmasının İstanbul Respublika Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıq üzrə İstintaq Bürosunun apardığı araşdırma ilə bağlı olduğu qeyd edilir.

İstintaq materiallarında Tahir Sarıkayanın bank hesablarında mənbəyi müəyyən edilməmiş yüksək məbləğli pul daxilolmaları və köçürmələrin olduğu iddia edilir. Həmçinin həmin maliyyə əməliyyatlarının bir hissəsinin kriptovalyuta hesablarına yönləndirildiyi ilə bağlı araşdırmaların aparıldığı bildirilir.

Səlahiyyətli qurumların məlumatına görə, maliyyə hərəkətləri ilə bağlı araşdırmalar davam edir. İstintaqın nəticələrinə əsasən, Sarıkayanın hüquqi statusu ilə bağlı növbəti qərar veriləcək.

Qeyd edək ki, saxlanılma faktı hər hansı şəxsin təqsirinin sübuta yetirilməsi anlamına gəlmir. Yekun qərarı məhkəmə prosesi müəyyən edir.
OXŞAR XƏBƏRLƏR