Azərbaycan milli komandası Avro-2012-nin seçmə mərhələsindəki son oyununa itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, oktyabrın 11-də Türkiyə ilə səfərdə keçiriləcək qarşılaşmada Saşa Yunisoğlu ilə yanaşı Rauf Əliyev iştirak etməyəcək. Hücumçumuzun “Türk Telekom Arena”ya buraxılmamağına səbəb onun cəzalı duruma düşməsidir. Belə ki, Raud oktyabrın 7-də Avstriya ilə Bakıdakı görüşdə sarı vərəqə ilə cəzalanıb. Bu, Əliyevin seçmə mərhələdə 2-ci sarısı olduğundan o, növbəti oyunu buraxmalı olacaq. Rauf ilk xəbərdarlığını da Avstriya ilə matçda almışdı. O, ötən il oktyabrın 8-də Vyanada cəzalanmışdı.