‘Türkmənçay müqaviləsinə yenidən baxılsa, gərək İran Azərbaycana birləşdirilsin’

‘Türkmənçay müqaviləsinə yenidən baxılsa, gərək İran Azərbaycana birləşdirilsin’
Bütün Xəbərlər
10:08 10.04.2013
1397

Mübariz Qurbanlı: “Bu müqavilənin şərtlərinə əsasən, Azərbaycan xalqı, dövləti iki yerə bölünüb”

"Bəzi dairələr bütövlükdə İranın milli maraqlarına ziyan vuran və müasir dünya və tarix ilə uzlaşmayan çıxışlar edirlər və bu çıxışların da zərərini İran hakimiyyəti, o cümlədən İran dövləti çəkmək zorunda qalır". Bunu milli.az-a İran parlamentinin bir sıra üzvlərinin Türkmənçay müqaviləsinə yenidən baxılmasını və Azərbaycan ərazilərinin yenidən İrana birləşdirməsini nəzərdə tutan qanun layihəsi hazırlamasına münasibət bildirərkən Azərbaycan-İran parlamentlərarası işçi qrupunun üzvü, hakim Yeni Azərbaycan Partiyasından olan deputat Mübariz Qurbanlı deyib. "Çox təəssüf ki, parlamentdə təmsil olunan belə şəxslər, əgər dövlətdə rəsmi vəzifəsi varsa, ikiqat təəssüf ki, müasir dünyanı və müasir prosesləri anlamırlar. Dövlətlərin ərazi bütövlüyü, toxunulmazlığı var, BMT səviyyəsində tanınmış ərazilər var, bunları hamı qəbul edib, o cümlədən İran da qəbul etməlidir", - deyə Qurbanlı bildirib. Deputatın sözlərinə görə, Rusiya ilə İran arasındakı müharibələr 1813-cü və 1828-ci ildə Gülüstan və Türkmənçay müqavilələri ilə nəticələnib və Türkmənçay müqaviləsi də bu gün hamı tərəfindən tanınan müqavilədir. "Bu müqavilənin şərtlərinə əsasən, Azərbaycan xalqı, dövləti iki yerə bölünüb. Əslində həmin müharibə getdiyi dövrdə də, həmin müqavilə imzalandığı zamanda da İranı idarə edən azərbaycanlılar idi. Şah da azərbaycanlı idi, bu müqaviləni İran tərəfindən imzalayan Abbas Mirzə də azərbaycanlı idi və bu müharibə də əslində Azərbaycan xalqını iki yerə bölüb. Bu müqaviləyə yenidən baxmalı olsaq, gərək onda İran Azərbaycana yenidən birləşdirilsin və İranın özünün idarəçiliyi də azərbaycanlılara verilsin. Bu tarixə bu cür yanaşmaq, özünü gülünc vəziyyətə salmaqdan başqa bir şey deyil", - deyə YAP rəsmisi bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi
23:37 14.08.2025
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi