"Turqut Er kimdir ki, Heydər Əliyev kimi şəxsiyyət barədə mühakimə yürüdür"

"Turqut Er kimdir ki, Heydər Əliyev kimi şəxsiyyət barədə mühakimə yürüdür"
Bütün Xəbərlər
13:20 06.01.2011
4244

Mən isə həmin vaxt səfirlikdə təhlükəsizlik məsələləri üzrə attaşe idim. Həmin illərin olaylarının canlı şahidiyəm. Turqut Ərin kitabında yazdıqlarının hamısı ağ yalandır. Heydər Əliyev böyük lider idi və onun adına şər yaxmaq cinayət sayılmalıdır" - bu fikirləri Türkiyənin Bakıdakı səfirliyinin keçmiş attaşesi Osman Gezəkər səsləndirib. Qaynar.info-nun məlumatına görə, o vurğulayıb ki, Heydər Əliyevi Azərbaycanda hakimiyyətə gəlməzdən çox əvvəl tanıyırdı. Belə ki, 1991 - 1993-cü illərdə Qarsın polis rəisi işləyib.

Osman Gezəkər "1nyus"a açıqlamasında həmin vaxt H.Əliyevin Naxçıvanda muxtar respublikanı ayaqda saxlamaq üçün necə mübarizə apardığını gördüyünü söyləyib: "Həmin vaxt vəziyyət çox qarışıq idi. Müharibə gedirdi. Naxçıvanda elektrik enerjisi yox idi. Sənaye məhsulları çatmırdı. Heydər Əliyev bu cür çətin şəraitdə fəaliyyət göstərirdi. Yaxşı yadımdadır: bir dəfə Naxçıvana getdim və onun soyuq qaranlıq otaqda işlədiyini gördüm. Qonaq kimi ona Türkiyədən pay gətirmişdim. Şirniyyatı ona uzatdıqda Heydər Əliyev onları götürməyi tələb etdi. Xalqın çörəksiz qaldığı bir vaxtda bunu qəbul edə bilməyəcəyini söylədi. Heydər Əliyev əlavə etdi ki, ona yaxşılıq etmək istəyirəmsə, Naxçıvana çörək və un gətirilməsinə yardım göstərim. Onun bu sözləri mənim üçün sanki soyuq duş oldu. Qarsa qayıdandan sonra Heydər Əliyevin bu sözlərini yaxınlıqda yerləşən rayonların polis idarələrinin rəislərinə də çatdırdım". Gezəkərin sözlərinə görə, həmin vaxt bütün Türkiyədə Naxçıvana yardım kampaniyasına start veriblər: "Nə üçün həmin vaxt Turqut Ər susurdu. O, həmin vaxt Bakıda şirniyyat yeyərək möhkəm yatırdı. Eyni vaxtda isə Heydər Əliyev xalqla bərabər Naxçıvanda vilayətin yaşaması üçün sözün əsl mənasında mübarizə aparırdı".

 

Turqut Əri bu cür bəyanatlar verməyə nəyin vadar etməsi ilə bağlı sualın cavabında isə Gezəkər bildirib ki, Turqut Ər, sadəcə, ağlını itirib: "Çünki normal insan bunları söyləməz. Ola bilsin ki, bu bəyanatların arxasında Azərbaycan - Türkiyə dostluğuna zərər vermək istəyən qüvvələr də dayanır. İstənilən halda Turqut Ər naxələf adamdır. Azərbaycvanda 10 il yaşadıqdan sonra o gərək bu ölkənin böyük liderinə böhtan atmayaydı. Ümumiyyətlə, o kimdir ki, Heydər Əliyev barədə mühakimə yürütsün? Sən öz həyatında Heydər Əliyevin xalqı və türk birliyi üçün etdiklərinin bir faizini et, bundan sonra onun adını ağzına al".

 

Gezəkər həmin vaxt Azərbaycanla bağlı xatirələrinə də toxunub. Onun sözlərinə görə, Bakıda həmin vaxt əsl anarxiya, özbaşınalıq hökm sürürdü. Qarabağda kəskin müharibə gedirdi. Heydər Əliyev belə bir qarışıq vəziyyətdə Azərbaycanda hakimiyyətə gəldi: "Bu böyük lider, Naxçıvanda olduğu kimi, burada da xalqı ilə birlikdə bütün çətinliklərin öhdəsindən uğurla gəldi. Azərbaycanın bu gün müstəqil dövlət kimi mövcudluğu və yaşaması Heydər Əliyevin xidmətidir". O, Turqut Ərin Bakıdakı fəaliyyəti barədə də danışıb. Bildirib ki, Turqut Ər özünü normalara uyğun şəkildə aparmırdı. Daim Azərbaycanın daxili işlərinə qarışır, diplomat statusuna uyğun gəlməyən fəaliyyət gerçəkləşdirirdi: "Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə o öz iş yerində olmaqdan daha çox, müxalifət partiyalarının qərargahlarını gəzirdi. Bir sözlə, bu insan hörmətə layiq deyil. Heydər Əliyev sağlığında tarix yazıb. Bugünkü Azərbaycan onun əsəridir". //QayNar

OXŞAR XƏBƏRLƏR